MÜNDƏRİCAT1. Tətbiqdən silmək2. Tətbiqə daxil ola bilmirsinizsə3. Nə silinir4. Nə saxlanılır5. Məşqçi tələbəni çıxardıqda
1. Tətbiqdən silmək2. Tətbiqə daxil ola bilmirsinizsə3. Nə silinir4. Nə saxlanılır5. Məşqçi tələbəni çıxardıqda
Son yenilənmə: 23.10.2026
Hesabın silinməsi
1. Tətbiqdən silmək
Kegon hesabınızı (məşqçi və ya tələbə) istənilən vaxt tətbiqin özündən silə bilərsiniz:
- Tətbiqə daxil olun və Profil bölməsini açın
- Səhifənin ən aşağısındakı qırmızı "Hesabı sil" düyməsinə toxunun
- Təsdiq üçün xanaya "Sil" sözünü yazın və "Bəli" seçin
Hesab dərhal və geridönməz şəkildə silinir.
2. Tətbiqə daxil ola bilmirsinizsə
Hesabınızda qeydiyyatdan keçdiyiniz e-poçt ünvanından support@kegon.az ünvanına "Hesabın silinməsi" mövzusu ilə məktub göndərin və hesabın mobil nömrəsini qeyd edin. Hesabın sizə məxsus olduğunu təsdiqlədikdən sonra onu ən gec 30 gün ərzində silirik və bu barədə sizə cavab yazırıq.
3. Nə silinir
- Profil məlumatları: ad, mobil nömrə, e-poçt, doğum tarixi, cins, boy, çəki, məqsəd, profil şəkli və giriş hesabı
- Tələbə: məşq tarixçəsi, irəliləyiş məlumatları, təyin olunmuş məşq proqramları və qida planları
- Məşqçi: bütün məşq və qida şablonları, dəvət linkləri, yadda saxlanılmış ödəniş kartları
- Tətbiqdən göndərdiyiniz rəylərə əlavə edilmiş şəkillər və bildiriş cihazı məlumatları
4. Nə saxlanılır
- Mühasibat uçotu və vergi qanunvericiliyinə görə ödəniş əməliyyatlarının qeydləri (məbləğ, tarix, plan) sizinlə əlaqəsi kəsilmiş, anonimləşdirilmiş şəkildə qanunla müəyyən edilmiş müddət ərzində saxlanılır
- Məşqçi hesabını sildikdə tələbələrin öz hesabları və məlumatları qorunur — yalnız məşqçi ilə əlaqələri kəsilir
5. Məşqçi tələbəni çıxardıqda
Bu, hesabın silinməsi deyil: məşqçi tələbəni siyahısından çıxardıqda tələbənin məlumatları 90 gün saxlanılır ki, yenidən dəvət olunsa bərpa edilə bilsin. 90 gün ərzində bərpa olunmazsa, hesab avtomatik və tam silinir.