Son yenilənmə: 23.10.2026

Məxfilik siyasəti

1. Ümumi müddəalar

Bu Məxfilik Siyasəti ("Siyasət") Kegon mobil tətbiqinin, eləcə də kegon.az veb saytının ("Xidmət") istifadəçilərinin şəxsi məlumatlarının toplanması, saxlanması, emalı və istifadəsi qaydalarını müəyyən edir.

Xidməti fərdi sahibkar Əliyev Kənan Ziyəddin oğlu (VÖEN: 1102319372) ("Operator") idarə edir. Azərbaycan Respublikasının "Fərdi məlumatlar haqqında" Qanununa (2010-cu il) uyğun olaraq hazırlanmışdır.

Qeydiyyat zamanı istifadəçi bu Siyasətlə tanış olduğunu və şərtləri qəbul etdiyini ayrıca, işarələnməmiş razılıq qutucuğu (checkbox) vasitəsilə aktiv şəkildə təsdiqləyir. Razılıq yalnız Xidmətdən istifadənin davam etdirilməsi ilə nəzərdə tutulmur — açıq və yazılı formada tələb olunur.

2. Toplanan məlumatlar

2.1. Mobil tətbiqdə qeydiyyat zamanı:

  • Ad və soyad
  • Mobil nömrə (unikal identifikator kimi; qeydiyyat və nömrə dəyişikliyi zamanı SMS kodu ilə təsdiqlənir — bax: bölmə 2.5)
  • E-poçt ünvanı (şifrə bərpası və hesabın təsdiqi üçün yeganə kanal)
  • İstifadəçi rolu (məşqçi və ya tələbə)
  • Cinsiyyət
  • Doğum tarixi (18 yaşdan yuxarı olduğunu təsdiqləmək üçün, tarix seçici vasitəsilə)
  • Siyasətlə tanışlıq və razılıq təsdiqi (tarix və vaxt qeydi ilə)

2.2. Mobil tətbiqin istifadəsi zamanı:

  • Məşq proqramları və sessiyalar haqqında məlumatlar
  • Qida planları
  • Məşq nəticələri (çəki, dəst sayı, təkrar sayı)
  • Profil məlumatları (istəyə görə): profil şəkli, boy, çəki, məqsəd, məşq zalının adı, "haqqımda" mətni
  • Dil seçimi və cihazın saat qurşağı (həftəlik məşq hədəfləri yerli vaxtınıza görə hesablanır)
  • Tələbənin məşqçiyə verdiyi qiymət və şərh, məşqçinin sessiyalara yazdığı rəylər, tətbiqdə göndərilən təklif və şikayətlər (istəyə görə əlavə edilmiş şəkil ilə)
  • Referal kodu və sizi dəvət edən məşqçi (qeydiyyatda kod daxil edilibsə)
  • Push-bildiriş tokenləri

2.3. Ödəniş zamanı:

  • Ödəniş məlumatları birbaşa ödəniş provayderinə (Epoint.az) ötürülür
  • Operator bank kartı məlumatlarını (kart nömrəsi, CVV) öz serverlərində saxlamır və saxlaya bilməz
  • Yalnız ödəniş provayderinin PCI DSS standartına uyğun tokenizasiya sistemi tərəfindən yaradılmış təkrarlanan ödəniş tokeni saxlanılır
  • Ödəniş qeydləri: plan, məbləğ, tarix və status, kartın növü və maskalanmış nömrəsi, həmçinin ödəniş provayderinin nəticə bildirişində göndərdiyi kart sahibinin adı

2.4. Veb saytda (kegon.az):

  • Əlaqə formu vasitəsilə göndərilən ad, e-poçt və mesaj mətni
  • Əlaqə formunda spam yoxlaması: Cloudflare Turnstile brauzer məlumatlarını və IP ünvanını emal edir
  • Hosting provayderinin (Vercel) standart server qeydləri (IP ünvanı, brauzer məlumatı)

2.5. Telefon nömrəsinin SMS kodu ilə təsdiqi:

  • Nömrəyə birdəfəlik kod göndərilir; nömrə və SMS mətni göndərmək üçün SMS provayderinə (1sms.az) ötürülür
  • Kodun özü saxlanılmır — yalnız onun şifrələnmiş izi (HMAC) saxlanılır
  • Sui-istifadənin qarşısını almaq üçün hər sorğu ilə nömrə, IP ünvanı və tətbiqin bu quraşdırma üçün yaratdığı təsadüfi identifikator (telefonun aparat identifikatoru deyil) qeyd olunur
  • Bu qeydlər 3 gündən köhnə olduqda gündəlik avtomatik təmizləmə ilə silinir (ən çox təxminən 4 gün saxlanılır)

2.6. Hesabın təhlükəsizliyi:

  • Giriş sessiyaları: autentifikasiya xidməti (Supabase Auth) hər sessiya üçün IP ünvanını və cihaz/brauzer məlumatını saxlayır; hesaba eyni anda yalnız bir cihazdan daxil olmaq üçün aktiv sessiyanın identifikatoru saxlanılır
  • Administrator hesabınızın şifrəsini sıfırladıqda bu əməliyyat (hansı administrator, nə vaxt, nəticə) jurnalda qeyd olunur
  • Veb saytda məşqçi girişi zamanı sui-istifadənin qarşısını almaq üçün nömrə və IP ünvanından yaradılmış şifrələnmiş açar 1 gün saxlanılır

3. Məlumatların istifadə məqsədi

Toplanan məlumatlar aşağıdakı məqsədlər üçün istifadə olunur:

  • Xidmətin əsas funksiyalarının təmin edilməsi
  • Məşqçi-tələbə əlaqəsinin idarə olunması
  • Abunəlik ödənişlərinin emalı və idarə edilməsi
  • Push-bildirişlərinin göndərilməsi
  • Telefon nömrəsinin təsdiqi və sui-istifadənin (kütləvi SMS sorğuları, spam) qarşısının alınması
  • Əlaqə formu vasitəsilə göndərilən sorğulara cavab verilməsi
  • Texniki dəstəyin göstərilməsi
  • Xidmətin təkmilləşdirilməsi və inzibati idarəetmə

4. Məlumatların saxlanması və silinməsi

4.1. Bütün məlumatlar Supabase platformasının (AWS Frankfurt regionu) təhlükəsiz serverlərində saxlanılır. Bu, Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən infrastrukturdur — istifadəçi qeydiyyatdan keçərkən verdiyi razılıqla bu transsərhəd ötürülməyə açıq şəkildə razılıq vermiş sayılır.

4.2. İki fərqli silinmə növü mövcuddur:

  • "Hesabı sil" — istifadəçinin öz təşəbbüsü ilə profil bölməsindən həyata keçirdiyi əməliyyatdır. Yazılı təsdiqdən sonra istifadəçinin şəxsi məlumatları dərhal və geridönməz şəkildə silinir.
  • "Münasibətin sonlanması" (məşqçi tələbəni sistemdən çıxarır və ya tələbə məşqçidən ayrılır) — bu halda tələbənin məlumatları 90 gün ərzində arxivdə saxlanılır. 90 gün ərzində bərpa olunmazsa, məlumatlar tam və avtomatik silinir.

4.3. Trainer hesabını sildikdə, onun tələbələrinə bu barədə push-bildiriş göndərilir. Tələbələrin öz hesabları və məlumatları toxunulmaz qalır.

4.4. Mühasibat uçotu və vergi qanunvericiliyinə əsasən, ödəniş əməliyyatlarına dair anonimləşdirilmiş maliyyə qeydləri hesabın silinməsindən asılı olmayaraq qanunla müəyyən edilmiş müddət ərzində ayrıca saxlanıla bilər.

5. Məlumatların paylaşılması

Operator şəxsi məlumatlarınızı üçüncü tərəflərlə aşağıdakı hallar istisna olmaqla paylaşmır:

  • Ödəniş emalı üçün: Epoint.az
  • Texniki infrastruktur üçün: Supabase Inc., Expo, Vercel Inc.
  • E-poçt göndərilməsi üçün (şifrə bərpası, e-poçt təsdiqi, hesab bərpası): Resend
  • SMS kodlarının göndərilməsi üçün: 1sms.az
  • Veb saytdakı əlaqə formunun spam yoxlaması üçün: Cloudflare (Turnstile)
  • Qanunvericiliyin tələb etdiyi hallarda

Tətbiq daxilində məşq məlumatlarınızı (sessiyalar, nəticələr, rəylər) yalnız hazırda qoşulduğunuz məşqçi görə bilər. Yeni məşqçiyə qoşulduqda, məşqçi əvvəlki məşq tarixçənizi görə bilər. Məşqçi ilə əlaqə sona çatdıqdan sonra o, məlumatlarınıza çıxışını itirir.

6. İstifadəçinin hüquqları

Siz aşağıdakı hüquqlara maliksiniz:

  • Şəxsi məlumatlarınıza giriş hüququ
  • Yanlış məlumatların düzəldilməsini tələb etmək hüququ
  • Məlumatların silinməsini tələb etmək hüququ ("Hesabı sil" funksiyası vasitəsilə dərhal həyata keçirilir)
  • Məlumatların emalına etiraz etmək hüququ

Bu hüquqları həyata keçirmək üçün: support@kegon.az

7. Yaş məhdudiyyəti

Xidmət yalnız 18 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulmuşdur. Qeydiyyat zamanı istifadəçi doğum tarixini tarix seçici vasitəsilə daxil edir və 18 yaşdan yuxarı olduğu bu məlumat əsasında yoxlanılır.

8. Məlumatların təhlükəsizliyi

  • HTTPS protokolu ilə şifrəli məlumat ötürülməsi
  • Supabase Row Level Security (RLS) ilə giriş nəzarəti
  • PCI DSS sertifikatlı Epoint.az provayderinin istifadəsi
  • JWT token əsaslı autentifikasiya
  • Admin panelə məhdud giriş

9. Siyasətin dəyişdirilməsi

Operator bu Siyasəti dəyişdirmək hüququnu özündə saxlayır. Əhəmiyyətli dəyişikliklər zamanı istifadəçilər bildiriş vasitəsilə məlumatlandırılacaq və yeni şərtlərlə bağlı aktiv təsdiq tələb olunacaq.

10. Əlaqə

  • E-poçt: support@kegon.az
  • Veb sayt: kegon.az/elaqe