Sadə qiymətlər, gizli ödəniş yoxdur
Planını istədiyin vaxt dəyiş və ya ləğv et — bir neçə kliklə.
Tez-tez verilən suallar
Daha yüksək plana necə keçim?
kegon.az-a tətbiqdəki nömrə və şifrənlə daxil ol, «Hesabım» səhifəsində planı seç və kartla ödə. Yeni plan ödəniş keçən kimi işə düşür, yeni aylıq dövr də həmin gündən başlayır.
Niyə planı tətbiqdən almaq olmur?
Planlar yalnız bu saytda satılır və idarə olunur. Tətbiq isə planını özü tanıyır: ödənişdən sonra yeni tələbə limiti orada da keçərli olur.
Ödəniş necə tutulur?
Ödənişli planlar aylıqdır: hər 30 gündən bir əsas kartından avtomatik çıxılır. Ödənişləri Epoint.az emal edir — kart məlumatların bizim serverlərdə saxlanmır. Hər ödənişin təsdiqi «Hesabım» səhifəsində qalır, e-poçtun təsdiqlənibsə, poçtuna da gəlir.
Planı necə ləğv edim və ya aşağı salım?
«Hesabım» səhifəsindən. Dəyişiklik ödədiyin dövr bitəndə qüvvəyə minir: o vaxta qədər hər şey olduğu kimi qalır, sonra Starter-ə (ləğv etsən) və ya Elite-dən Pro-ya keçirsən. Fikrini dəyişsən, dövr bitənə qədər geri qaytara bilərsən.
Ödəniş keçməsə nə olur?
Planın daha 3 gün işləyir, amma bu müddətdə yeni tələbə əlavə edə bilməzsən. E-poçtun təsdiqlənibsə, sənə məktub yazırıq. Ödənişi «Hesabım» səhifəsindən təkrarlaya bilərsən. 3 gün ərzində ödənilməsə, plan Starter-ə keçir — tələbələrin heç yerə getmir.
Pulu geri qaytarırsınız?
Ləğv etsən, ödədiyin dövrün sonuna qədər plandan istifadə edirsən — ona görə qismən və ya tam geri ödəniş etmirik (İstifadə şərtləri, 4.3). Amma pul səhvən və ya texniki xəta ucbatından çıxılıbsa, support@kegon.az ünvanına yaz, həll edək.
Starter doğrudan pulsuzdur?
Bəli, müddətsiz. Kart da istəmirik. Hər yeni məşqçi Starter-lə başlayır.